trruenaz

Digər İmtahanlar

Xarici tələbələr/ abituriyentlər ALES, YÖS, SAT kimi imtahanlardan əlavə beynəlxalq və ya öz ölkələrində təşkil olunan tələbə qəbul imtahanlarının nəticələri ilə də Türkiyədə təhsil ala bilərlər.

Prebakalavr – Bakalavr

Prebakalavr və bakalavr ixtisaslarında təhsil almaq istəyən xarici abituriyentlər öz ölkələrində təşkil olunan universitetlərə qəbul imtahanlarından aldıqları balla (məsələn TQDK) Türkiyədəki universitetlərə müraciət edə bilərlər. Tələbə qəbulunda hər universitetin öz kriteriyaları olduğu üçün, təhsil almaq istədiyiniz universitetin hansı imtahan nəticələri ilə tələbə qəbul etdiyinə diqqət yetirməlisiniz.

Magistratura və Doktorantura

Magistratura və ya doktorantura proqramlarında təhsil almaq istəyən xarici tələbələrin (və ya məzunların) ALES imtahanı xaricində əgər humanitar elmlər ilə bağlı magistratura və ya doktorantura təhsili almağı düşünürsə GMAT; texniki elmlər ilə bağlı magistratura və ya doktorantura təhsili almağı düşünürsə GRE imtahanlarında da iştirak edə bilər.

Check Also

Niyə Türkiyədə Təhsil Almalı, Niyə Türk Dilini Öyrənməliyəm?

       Siz də Türkiyədə təhsil alaraq, bir diplomdan daha çoxuna sahib ola bilərsiniz.         Türkiyə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *