trruenaz
Home / Türkiyədə Təhsil / Kimlər Xarici Tələbə Statusundadır?

Kimlər Xarici Tələbə Statusundadır?

Türkiyədə xarici tələbə statusunda sayılmağın kriteriyaları

Türkiyə Vətəndaşıyam Amma…

Sadəcə Türkiyə Respublikası vətəndaşı olsanız belə bəzi durumlarda Türkiyədə xarici tələbə statusunda sayıla bilərsiniz. Burada əsas mövzu lisey təhsilinizi  hansı ölkədə aldığınızdır. Misal üçün; Ayşe sadəcə Türkiyə vətəndaşıdır və atasının vəzifəsi (ya da başqa bir səbəbdən) səbəbiylə məktəb həyatının son 3 ilini Azərbaycan və ya başqa bir ölkədə keçiribsə (Şimali Kipr Türk Respublikası xaric) YÖS-ə girə bilər və Türkiyədə yerləşən universitetlərdə xarici tələbələr üçün ayrılan yerlərdən faydalana bilər. Burada Ayşenin Türkiyə vətəndaşlığı xaricində bir vətəndaşlığının olmasına ehtiyac yoxdur. Xaricdə yaşayan bütün türkiyəli qürbətçilər də bu maddədən faydalanabilər (önəmli olan tək faktor məktəbin son 3 ilini xaricdə oxumuş olmasıdır).

Həm Bolqarıstan Həm də Türkiyə Vətəndaşıyam

Belə olan halda, abituriyentlər əgər məktəb illərinin tamamını Türkiyədə keçiriblərsə o zaman vətəndaşlıq məsələsi ortaya çıxır. Misal gətirmək üçün; Ali 1992-ci ildə Bolqarıstanda anadan oldu. Doğulduğunda Bolqarıstan vətəndaşlığı aldı. Ailəsi Ali ilə birlikdə 1993-cü ildə Türkiyəyə yerləşdi və 1993-cü ildə Türkiyə vətəndaşlığına qəbul edildi. Ali 1993-cü ildə Türkiyə vətəndaşı oldu. Burada abituriyentin anadan olduğu vaxta nəzər yetirmək zəruridir. Vəziyyət Ali üçün ondan ibarətdir ki; Ali doğulanda Türkiyə vətəndaşı olmamış, Bolqarıstan vətəndaşı olmuşdur. Daha sonradan Türkiyə vətəndaşı olmuşdur. Beləliklə, Ali Türkiyə vətəndaşlığından çıxmadan xarici tələbə statusunda Türkiyədə təhsil ala bilər.

Əgər yuxarıda verdiyimiz örnəkdə Alinin ailəsi 1992-ci ildə Türkiyəyə yerləşmiş olsadı və ailəsi Türkiyə vətəndaşlığına keçdikdən sonra Ali anadan olsaydı, doğumla Türkiyə vətəndaşlığı haqqı əldə edəcəkdi. Beləliklə, Bolqarıstan vətədanşlığına sahib olsa belə xarici tələbə olaraq universitetlərə müraciət haqqı olmayacaqdı. Belə bir vəziyyətdə olan tələbələr, Türkiyə vətəndaşlığından çıxdıqdan sonra xarici tələbə statusunda sayıla bilərlər. Belə tələbələr Türkiyə vətəndaşlığından çıxmadan universitetə müraciət edib qəbul olsalar da irəlidə qeyri-qanuni vəziyyət olduğu üçün universitetdən atıla bilərlər.

Türkiyə Respublikası Vətəndaşlığına Keçmək üçün Müraciət Etmişdim…

Aleks ailəsi ilə birlikdə Türkiyəyə gəldi və burada orta məktəb təhsilinə davam etdi. Daha sonra isə Türkiyə vətəndaşlığına müraciətini reallaşdırdı. Bu vəziyyətdə olan bi tələbə YÖS-ə girməzdən əvvəl vətəndaşlıq alsa belə bir problem yaranmayacaqdır, xarici tələbə statusunda sayılacaqdır. Türkiyədə Türkiyə vətəndaşı ilə evli olub sonradan Türkiyə vətəndaşlığı alanlar da bu maddədən faydalana bilərlər.

Check Also

Niyə Türkiyədə Təhsil Almalı, Niyə Türk Dilini Öyrənməliyəm?

       Siz də Türkiyədə təhsil alaraq, bir diplomdan daha çoxuna sahib ola bilərsiniz.         Türkiyə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *