trruenaz
Home / Türkiyədə Təhsil / Niyə Türkiyədə Təhsil Almalı, Niyə Türk Dilini Öyrənməliyəm?

Niyə Türkiyədə Təhsil Almalı, Niyə Türk Dilini Öyrənməliyəm?

       Siz də Türkiyədə təhsil alaraq, bir diplomdan daha çoxuna sahib ola bilərsiniz.

        Türkiyə həm coğrafi, həm də stratejik baxımdan dünyanın ən əhəmiyyətli ölkələrindən biridir. Torpaqlarında həm Asiya, həm də Avropa qitələrini birləşdirən Türkiyə fərqli mədəniyyətlərə körpü rolunu oynamış və ev sahibliyi etmişdir. Türkiyə şəhərlərində Şərq və Qərb mədəniyyətləri həyat tapmışdır. Türkiyə iqtisadi böyümə baxımından son 10 ildə Avropada 1-inci olmuşdur, dünyada isə ilk 5 ölkə arasında yer almaqdadır. Türkiyə qərbində Avropa, şimalında Balkanlar və Qafqaz, şərqində Yaxın Şərq və cənubunda Afrika ilə dünyada bənzəri olmayan bir coğrafi mövqeyi sahibdir. Həm siyasəti, həm də tarixi ilə öz əhatəsində təsirli olmuşdur və bu gün də təsirli, güclü olmağa davam etməkdədir. 80 milyonluq əhalisiylə hər din, irq və rəngdən insanların yaşadığı Türkiyə, sürətlə böyüyən, etibarlı, müstəqil və inkişaf etmiş bir ölkədir.

Türk universitetlərində olduqca keyfiyyətli təhsil verilməkdədir. Dünyanın ən güclü universitetləri siyahısında bir çox Avropa universiteti yer almadığı halda, türk universitetləri o siyahıdadır. Hansı sahədə təhsil alırsınız alın, Türkiyədə yaşamağınız belə sizə çox şey qazandıracaq, həm qərb, həm də şərqi öyrənmənizə şərait yaradacaqdır. Təhsil, idman, sənət, siyasət, iqtisadiyyat, turizm və bir çox başqa sahədə Türkiyə olduqca qabaqcıl bir ölkədir. Türk universitetlərində təkcə təhsil almaqla qalmayıb, sosiallaşar və dünyanı tanımaq üçün fürsətlər qazanarsınız. Çünkü Türkiyə hədəfləri yüksək olan və bu hədəflərə doğru əmin addımlarla irəliləyən bir ölkədir. 2017-ci ildə təkcə İstanbul və Antalya şəhərlərinə 20 milyondan çox turist gəlmişdir. Yenə eyni il Türkiyədəki xəstəxanalarda müalicə olunmaq üçün 800 min xəstə xaricdən Türkiyəyə gəlmişdir. Türkiyədə hər il yüzlərlə event, seminar və konfrans təşkil edilməkdədir. Türkiyə tam mənası ilə tələbələr üçün fürsət ölkəsidir. Türkiyədəki həyat xərcləri Avropanın bütün ölkələrindən daha ucuz ikən, həyat standartları və keyfiyyəti  son dərəcə yüksəkdir. Dörd mövsumün də bir arada iqlimə sahibdir. Şəhərlərarası nəqliyyat son dərəcə rahatdır. Hər şəhərində, demək olar ki, bir ölkəyə yetəcək qədər tarixi əsərlər mövcuddur. Türk universitetlərindən alınacaq diplomlar, dünyanın bütün ölkələrində etibarlıdır və tanınmaqdadır. Bütün bunların xaricində, Türkiyə xalqı çox qonaqpərvər və yardımsevərdir. Bu əslində Türkiyəyə gəldiyinizdə adaptasiya problemi yaşamayacağınız mənasına da gəlir.

Check Also

Kimlər Xarici Tələbə Statusundadır?

Türkiyədə xarici tələbə statusunda sayılmağın kriteriyaları Türkiyə Vətəndaşıyam Amma… Sadəcə Türkiyə Respublikası vətəndaşı olsanız belə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *