trruenaz
Home / Türkiyədə Təhsil / Pre-bakalavr və Bakalavr Təhsili

Pre-bakalavr və Bakalavr Təhsili

Türkiyədə fərqli mədəniyyətlərin bir yerdə olması və ali təhsilin yüksək keyfiyyəti xarici tələbələrə unulmaz təcrübələr yaşadacaqdır.

Türkiyədə ali təhsil almaq istəyən xarici abituriyentlərin orta təhsili müvəffəqiyyətlə bitirdikdən sonra universitetlərin təyin etdiyi şərtləri yerinə yetirmələri zəruridir.

Türkiyədə ali təhsil Avropa standartları səviyyəsindədir. Modern təhsil şəraitinə sahib Türkiyə universitetlərində təhsil dili türk və ingilis dillərindədir. Bir çox Türkiyə universitetinin təhsil dili türk dili olsa da, bütün ixtisaslar üzrə ingilis dilində təhsil verən universitetlər də mövcuddur. Türk universitetlərindən alınan diplomun demək olar ki, dünyanın bütün ölkələrində ekvalentliyi vardır.

Türkiyədə təhsil almaq istəyən xarici tələbələr təhsil aldıqları müddət ərzində mübadilə proqramlarından da faydalana bilər. Başqa bir deyişlə, xarici tələbələr Türkiyəli tələbələrin də faydalandığı Erasmus tərzi tələbə mübadilə proqramlarına qatıla bilər. Erasmus proqramı tələbənin bir və ya iki semestr boyunca təhsil aldığı universitetin Avropada qarşılıqlı müqavilə imzaladığı universitetlərdə təhsil imkanı təşkil edən bir proqramdır. Bu proqram müddətincə tələbə Türkiyə dövlətindən və əlaqədar qurumlardan maddi yardım da alır.

Türkiyədə ali təhsil özəl (vakıf) və dövlət universitetləri tərəfindən verilməkdədir. Dövlət universitetlərində təhsil ödənişləri özəl universitetlərə görə daha azdır. Dövlət universitetlərində xarici tələbələr üçün illik təhsil ödənişi adətən 400 $ ilə 700 $  arasındadır. Az sayda da olsa bəzi dövlət universitetlərində və universitetlərin bəzi ixtisaslarında  bu rəqəm 5000 $ -a qədər çıxa bilir. İllik ödənişlər universitetə və ixtisasa görə dəyişiklik göstərir. Orta məktəbi xaricdə tamamlayan Türkiyə Respublikası vətəndaşları ilə hər hansı səbəbdən ötürü Türkiyə Respublikası vətəndaşlığından çıxan mavi kart sahibi xarici tələbələr, dövlət universitetlərində ödənişsiz təhsil alır.

Özəl universitetlərdə isə təhsil ödənişi dəyişkəndir. Bundan əlavə, xarici abituriyentlər bəzi özəl universitetlərdə təqaüdlü qəbul ola bilir. Bu təqaüdlər tam təqaüd (100%) ola biləcəyi kimi, qismən də (25%, 50%, 75%)  ola bilər.

Universitetlərdə pre-bakalavr və bakalavr ixtisasları mövcuddur. Tələbələr bu ixtisaslardan birinə qeydiyyat edə bilərlər. Pre-bakalavr ixtisaslarının müddəti 2 ildir. Bu ixtisaslardan məzun olanlar praktisyen işçi kimi əmək fəaliyyəti göstərir. Bakalavr ixtisaslarının təhsil müddəti isə dəyişkəndir. Türkiyədə tibb təhsilinin müddəti 6 ildir. Diş həkimliyi və əczaçılıq ixtisaslarının təhsil müddəti isə 5 ildir. Bunların xaricindəki digər bakalavr ixtisaslarının təhsil müddəti 4 ildir.

Xarici Dildə Hazırlıq

Bəzi ixtisaslarda xarici dil hazırlıq sinifi mövcuddur. Bu hazırlıq sinifinin müddəti 1 ildir. Hazırlıq sinifinin müddəti təhsil müddətinə daxil deyildir. Xarici dil hazıqlıq sinifləri universitetdəki ixtisasın təhsil dilinə görə dəyişməkdədir. Türkiyədə xarici dil olaraq adətən ingilis dili öyrədilməkdədir. Bunun xaricində bir çox dünya dilində təhsil verən universitetlər mövcuddur. Burada tələbələr, ixtisaslarının dilinə görə təhsil alır.

Xarici dil hazırlıq sinifinin təhsil müddəti adətən 2 semestr, başqa bir deyişlə 1 ildir. Bəzi universitetlər tələbələrinə 1 semestrda xarici dildə hazırlığı tamamlaya bilmə imkanı tanıyırlar. Bunun haqqında ətraflı məlumat almaq üçün təhsil almaq istədiyiniz universitetlər əlaqə yaratmağınız tövsiyə olunur.

Xarici Abituriyentlər üçün Türkiyədə Pre-bakalavr / Bakalavr 

Türkiyədə təhsil almaq istəyən abituriyentlər Türkiyənin orta ümumtəhsil məktəblərinə ekvalent olan bir qurumdan məzun olmalı və universitetlərin təyin etdiyi şərtlərə uyğun göstəriciləri olmalıdır.

Türkiyədə universitetlərin xarici tələbə qəbulu kriteriyalarını təyin etmək universitetlərin öz ixtiyarındadır. Bu mənada, bəzi universitetlər öz bünyələrində”Xarici Tələbə Qəbul İmtahanı” (YÖS) təşkil edərkən, bəzi universitetlər isə beynəlxalq imtahan nəticələri ya da sadəcə ora məktəb attestat dərs qiymətləri ilə xarici tələbələri qəbul edir. YÖS və digər imtahanlarla əlaqədar məlumatı “İmtahanlara Hazırlıq” kateqoriyası altından əldə edə bilərsiniz.

Hansı universitetin hansı şərtlərlə tələbə qəbul etdiyini görmək üçün maraqlandığınız universitetin portalımızdakı profil səhifəsinə baxmanızı tövsiyyə edirik.

Check Also

Kimlər Xarici Tələbə Statusundadır?

Türkiyədə xarici tələbə statusunda sayılmağın kriteriyaları Türkiyə Vətəndaşıyam Amma… Sadəcə Türkiyə Respublikası vətəndaşı olsanız belə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *