trruenaz
Home / Türkiyədə Təhsil / Türkiyədə Hüquq Təhsili

Türkiyədə Hüquq Təhsili

Hüquq fakültələrində oxuyacaq xarici tələbələrin vəziyyəti

Abituriyentlərin bir çoxunun xəyallarını hüquq təhsili süsləməkdədir. Bu abituriyentlər xarici tələbə olduqda isə hüquq ilə bağlı bilmələri zəruri olan bir neçə nöqtə vardır.

Əvvəla bunu qeyd etməkdə fayda var ki, hüquq təhsilini Türkiyədə aldıqdan sonra harada çalışacağınıza qərar verməlisiniz. Əgər hüquq fakültələrinin birindən məzun olduqdan sonra akademık karyera düşünürsünüzsə bu mənada bir problem yoxdur, ancaq universitetdən məzun olduqdan sonra hakim, prokuror və ya vəkil olaraq çalışmaq istəyirsinizsə və xarici tələbəsinizsə, Türkiyə Respublikası vətəndaşlığı mövzusunda diqqət yetirməli olduğunuz bir neçə ayrıntı mövcuddur.

Türkiyə Respublikası vətəndaşlığına sahib deyilsinizsə, vətəndaşlığa rəsmi müraciət prosedurlarının düşündüyünüz qədər asan olmaya biləcəyini unutmamanızda fayda vardır.

Türkiyə Respublikası ya da Balkan Qaçqını Olmayanların Türkiyədə Hüquq Oxuması Niyə Məntiqli Deyil?

Türkiyədə prokuror və hakim olmaq kimi xəyallarınız varsa dövlət məmuru ola bilmədiyiniz üçün hüquq məzunu olsanız da bu peşə qruplarından heç birində işləmək hüququnuz olmayacaqdır.

Əgər xəyalınız vəkil olmaqdırsa o zaman da ,çox təəssüf ki, eyni problem qarşınıza çıxacaq. Çünki  Türkiyə Respublikası “Vəkillik Qanunu”-nun 3-cü maddəsində açıq bir şəkildə kimlərin vəkillik vəzifəsini icra edə biləcəkləri yazmaqdadır. Bu qanuna əsasən, Türkiyə vətəndaşı olmayan biri Türkiyədə vəkil olaraq çalışa bilməz.

Anca əgər cüt vətəndaşlığınız (həm Türkiyə, həm də başqa bir ölkənin vətəndaşısınızsa)  varsa ya da Balkan qaçqınısızsa o zaman heç bir problemsiz vəkillik peşənizi icra edə bilirsiniz.

Əgər Prokuror, Hakim və ya Vəkil Ola Bilmirəmsə Niyə Universitetlər xaricilərə Hüquqda Yer Ayırır?

Hüquq fakültələrindən məzun olan hər tələbənin prokuror, hakim ya da vəkil olmaq kimi xəyalları olmaya bilər. Tələbə hüquq üzərinə akademik karyera da etmək istəyə bilər. Bu mənada, xarici tələbə olub hüquq məzunu olan bir şəxsin önündə akedemik karyera qurmaq üçün heç bir maniə yoxdur.

Check Also

Kimlər Xarici Tələbə Statusundadır?

Türkiyədə xarici tələbə statusunda sayılmağın kriteriyaları Türkiyə Vətəndaşıyam Amma… Sadəcə Türkiyə Respublikası vətəndaşı olsanız belə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *