trruenaz
Home / Türkiyədə Təhsil / Türkiyədə Orta Təhsil

Türkiyədə Orta Təhsil

Türkiyədə Təhsil Sistemi

Türkiyə təhsil sistemi Avropanın və digər modern ölkələrin təhsil sistemi ilə qarşılıqlı mübadilə içərisindədir. Türkiyədə təhsil alan tələbələrin Avropa İttifaqı Gənclik layihələrinə qatılması, Boloniya prosesindəki ali təhsil diplomlarının beynəlxalq arenada tanınması və Erasmus tələbə mübadilə proqramlarından Türkiyə universitetlərində oxuyan tələbələrin yararlanmasını bu əlaqələrə nümunə göstərmək olar.

Türkiyədə şagirdlərin ilk təhsil aldıqları yer uşaq baxçasıdır. Uşaq baxçası 6 yaşına qədər ilk təhsil alınan qurumdur.

6 yaşını tamamlamış uşaq ibtidai məktəb çağına gəlmiş hesab olunur. Türkiyədə ibtidaki məktəb ödənişsizdir. Buradakı əsas məqsəd təhsil keyfiyyətinin uşağa qazandırılmasıdır. Türkiyədə məcburi təhsil 4+4+4 sistemi ilə 12 ildən ibarətdir. 1-ci və 4-cü sinif arası ibtidai məktəb, 5-8-ci siniflər arası orta məktəb və 9-12-ci sinif arası isə lisey olaraq adlandırılır.

Lisey və ona ekvalent qurumlar

Liseylər şagirdlərə daha geniş, ümumi və məsləki mədəniyət qazandıran qurumlardır. Türkiyədə dövlət liseyləri də ödənişsizdir. Şagirdlər bu liseylərdə “yatılı və gündüzlü” olaraq ayrılmaqdadır. Yatılı liseylər, başqa şəhərlərdən gələn şagirdin yataqxana ehtiyaclarını qarşılamaq üçündür. Bu liseylərdə yataqxanalar mövcuddur. Şagirdlər bu yataqxanalardan pulsuz ya da çox kiçik bir məbləğ qarşılığında faydalana bilməkdədir.

Liseydəm məzun olan şagirdlərin ali təhsil alamaları üçün “Tələbə Qəbul İmtahanları”-na girməsi zəruridir. Attestata sahib olan (yəni lisey məzunu hər kəs) bu imtahana girməyə haqq qazanır. Liseylər verdikləri təhsilə görə ikiyə ayrılır. Türkiyədəki liseylər fərqli sahələr üzrə tədris proqramlarına sahibdir.

Texniki və peşə liseyləri

Türkiyədə texniki və peşə liseyləri, peşə sahələri üzrə kadr yetişdirmək məqsədi ilə qurulmuşdur. Bu liseylərdə şagird il boyunca peşə haqqında təhsil alır. Bu liseylərdən məzun olanlar tələbə qəbul imtahanına girmədən pre-bakalavr ixtisasları üzrə təhsil almağa haqq qazanır. Bu haqq xarici abituriyentlərə şamil olunmur.

Anadolu Liseyləri

Anadolu liseylərində təhsil almaq üçün şagirdlər 8-ci sinifin sonunda liseylərə qəbul imtahanına daxil olur. Anadolu liseyləri texniki və humanitar elmlər üzrə tədris proqramlarına sahibdir. Bu liseylərin bəzilərində texniki elmlər və/və ya humanitar elmlərə aid dərslər də xarici dildə tədris olunmaqdadır. Anadolu liseylərinin təhsil müddəti adətən 4 ildir ancaq bəzilərində bu müddət 5 ilə çıxmaqdadır. 5 illlik Anadolu liseylərində şagird bir il xarici dil öyrənir və daha sonrakı 4 il isə digər dərsləri alır.

Anadolu Müəllim Liseyləri

Anadolu liseyləri ilə eyni statusda olmalarına baxmayaraq müəllimlik üzrə dərslər tədris olunmaqdadır. Bu liseylərin məqsədi müəllimliyə namizəd şəxslər yetişdirməkdir. Bu liseylərdə sadəcə Türkiyə Respublikası vətəndaşları  təhsil ala bilər.

Riyazi Elmlər Liseyləri

Texniki sahələr üzrə qabiliyyətli şagirlər üçün özəl və ya dövlət liseyləridir. Bu liseylərdə şagirdlər daha çox texniki sahələr üzrə tədris olunmaqdadır. Bu liseylərdən məzun olanlar daha çox mühəndislik və tib sahələri üzrə ali məktəblərdə təhsil almağa üz tuturlar. Anadolu və Sosyal Bilimler liseylərində tək fərqləri texniki fənlər üzrə dəsrlərin çox olmasıdır. Fen liseylərində təhsil almaq üçün şagirdlər 8-ci sinifin sonunda liseylərə qəbul imtahanına daxil olur.

Özəl Liseylər

Ödənişlidir. Təhsil standartları adətən dövlət liseylərinə görə daha yüksəkdir. Bəzi özəl liseylər beynəlxalq lisey diplomu da verməkdədir. Bu diplom ilə məzunlar imtahana girmədən Avropa ölkələrində təhsil aldıqları kimi, xarici vətəndaş olan bu lisey məzunları da Türkiyədə imtahan vermədən bəzi universitetlərə qəbul üçün müraciət edə bilməkdədir.

İmam Hatip Liseyləri

Lisey səviyyəsində verilən normal təhsildən əlavə, ərəb dili və Quran başda olmaq üzrə peşə dərsləri də keçilən – din xadimi yetişdirmək məqsədi ilə qurulan liseylərdir. İmam Hatip liseylərində oxuyan şagirdlər universitetlərə qəbul imtahanlarında öz ixtisasları ilə əlaqədar sahələri seçdiklərində əlavə bal qazanırlar. Bu əlavə bal xarici abituriyentlərə şamil olunmur.

Humanitar Elmlər Liseyləri

Humanitar elmlər sahəsinə marağı olan şagirdlər üçün özəl və ya dövlət liseyləridir. alanında yetenekli olan öğrencilere yönelik özel ya da devlet okullarıdır. Bu liseylərdə şagirdlərə daha çox humanitar elmlər və riyaziyyat fənləri tədris edilməkdədir.  Bu liseylərdə təhsil almaq istəyən şagird 8. sinfin sonunda liseylərə qəbul imtahanına daxil olmalıdır.

Bədən Tərbiyəsi Liseyləri

Bu liseylər ölkədə və beynəlxalq sahədə mütəxəssis idmançı yetişdirmək məqsədi ilə qurulmuşdur.

İncəsənət Liseyləri

İncəsənət liseyləri musiqi, teatr kimi sahələrə istedadı olan şagidrləri yönləndirmək üçündür. Bu liseylərə qəbulda qabiliyyət imtahanları tətbiq edilməkdədir.

Konsulluqlara bağlı Liseylər

Türkiyədə mövcud olan xarici ölkələrin konsulluqları tərəfindən açılan və maliyyələşən liseylərdir. Bu liseylər bağlı olduqları ölkənin təhsil sistemi ilə Türkiyədə təhsil sisteminin qarışımı bir tədris proqramına sahibdir.

Qiyabi Liseylər

Norman liseylərin əksinə, şagirdin sadəcə imtahanlara girdiyi və dərsə girmək məcburiyyəti olmayan liseylərdir. Xüsusiylə, Avropa ölkələrində yaşayan Türkiyə vətəndaşları bu liseylərdə təhsil almaqdadır. Anadolu Universitetinə bağlı olaraq təşkil olunan Qərbi Avropa Açıq Liseyi proqramı çərçivəsində bu liseylərin diplomuna sahib olan Türkiyə vətəndaşları xaricdə lisey məzunu sayılaraq xarici tələbə satusuna sahib olmaqdadır.

Xaricilər Üçün Türkiyədə Orta Təhsil:

Rəfah səviyyəsi sürətlə yüksələn Orta və Uzaq Asiya ölkələrindən çox sayda gənc artıq sadəcə ali təhsil üçün deyil, eyni zamanda, lisey təhsili almaq üçün də iqtisadi və təhsil gücünü hər gün artıran və inkişaf edən Türkiyəyə üz tutur.

Türkiyədəki liseylərdə təhsil almaq istəyən xarici vətəndaş olan şagirdlərdə istənilən ümumi kriteriyaları aşağıdakı kimi sadalamaq olar:

– Türkiyədəki 8-ci sinif səviyyəsinə ekvalent bir təhsil almış və ən az yaxşı səviyyədə bitirmiş olmaq,

– 8-ci sinifdən sonra təhsilə 2 ildən çox fasilə verməmiş olmaq,

-Müraciət tarixi etibarı ilə 18 yaşı tamamlanmamış olmaq,

– Ölkələrində təhsil aldıqları müddətdə heç bir intizamı pozacaq hərəkətdə olmamış olmaq,

– Bədənən və ruhən sağlam olmaq

Check Also

Kimlər Xarici Tələbə Statusundadır?

Türkiyədə xarici tələbə statusunda sayılmağın kriteriyaları Türkiyə Vətəndaşıyam Amma… Sadəcə Türkiyə Respublikası vətəndaşı olsanız belə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *