trruenaz

YÖS Nədir?

Mərkəzi YÖS-ün ləğvindən sonra bir çox universitetin öz YÖS imtahanını təşkil etməsi nəqədər doğdudur?

2010-cu ildə mərkəzi YÖS imtahanının, 2012-ci ildə isə YÇS  imtahanının ləğv olunması ilə bərabər xarici tələbə qəbulu daha çox önəm qazanmışdır. Xüsusilə, YÇS imtahanına hazırlaşan xaricdə yaşayan Türkiyə vətəndaşları heç bilmədikləri bir sistemin içində özlərini tapdılar və bu YÇS abituriyentlərinə təsirsiz ötüşmədi. Bundan ötürü, xarici tələbə qəbulu mövzusunda abituriyentləri məlumatlandırmaq üçün bu məqaləni yazmaq istədik.

Nədir Bu YÖS?

2010-cu ilə qədər “Türkiyənin TQDK-sı” olaraq adlandıra biləcəyimiz ÖSYM tərəfindən xarici tələbə qəbulu üçün mərkəzi sistemlə  təşkil olunan YÖS (Yabancı Öğrenci Sınavı) 2010-cu ildə ləğv olundu və yerinə xarici tələbə qəbulu üçün kriteriyaların universitetlər tərəfindən təyin olunması istənildi. Xüsusilə dövlət univeristetləri daha müvəffəqiyyətli tələbələri seçə bilmək üçün öz bünyələrində YÖS imtahanı təşkil etməyə davam etdilər (Bir çoxu öz kampüsündə).Əlbəttə ki, bir fərqlə! Öz YÖS imtahanını təşkil edən universitetlərin çoxu  digər universitetlərin təşkil etdikləri YÖS imtahanını qəbul etmir. Bu da abituriyentlərin universitet universitet gəzərək, təhsil almaq istədiyi bir neçə universitetin YÖS imtahanına girməsi demək olur. Bu şəkildə bir sistemin tələbələrə maddi olaraq çətinliklər yaratdığını danmaq olmaz.

YÖS-ə Hansı Fənlər Daxildir?

Mərkəzi sistemli YÖS-ün ləğvi ilə universitetlər tərəfindən təşkil edilən YÖS imtahanının kontenti də imtahanın özü kimi dəyişiklik göstərdi. Başqa bir deyişlə, YÖS-ü hazırlayan universitetlər imtahanın kontentini də özləri istədikləri kimi müəyyənləşdirə bilir. Misal üçün; Yıldız Texniki Universitetinin YÖS-ü 50 cəbr və həndəsə sualından ibarətdir. Yəni, Yıldız Texniki Univeritetinin YÖS imtahanına hazırlaşan bir abituriyentin IQ (Məntiq) suallarına hazırlaşmasına ehtiyac yoxdur. Çünki imtahanda IQ sualları yoxdur. Marmara Universiteti, İstanbul Universiteti, Medeniyet Universiteti, Özyeğin Universiteti, Namık Kemal Universiteti, Ankara Universiteti və Ege Universiteti isə mərkəzi YÖS imtahanının olduğu formatda bir imtahan təşkil edir. Bu universitetlərin imtahanında suallar 45 IQ, 30 cəbr və 5 həndəsə mövzularından ibarətdir. Dokuz Eylül Universitetinin keçen il hazırladığı YÖS imtahanına biologiya və kimya suallarını da daxil etdiyini də nəzərinizə çatdırırıq. Uzun sözün qısası, abituriyent hansı universitetdə təhsil həyatına davam etmək istəyirsə ona görə hazırlaşmasında fayda var.

YÖS Hazırlıq Kitablarını Haradan Tapa Bilərəm?

Abituriyentlərin ən çox çətinlik çəkdiyi nöqtə YÖS mənbələrinin azlığından ötürü hansı kitabları alacaqlarını bilməməkləridir. Bəzi abituriyentlər Türkiyənin türkiyəli tələbələr üçün təşkil etdiyini LYS-LGS mənbələrini alaraq YÖS-ə hazırlaşır. Halbuki,  YÖS sual tiplərinin LYS-LGS sualları ilə uzaqdan yaxından əlaqəsi yoxdur.

“Hansı mənbələrdən faydalana bilərəm?” sualına gəlincə, Türkiyədə yaşayan xarici vətəndaşlığı olan bir abituriyentsinizsə Çağdaş Analiz Dershanesinin (Kursunun) və Metropol Dershanesinin (Kursunun) mənbələrini tövsiyyə edirik. Bu iki kursun kitabları olduqca keyfiyyətli hazırlanmışdır və YÖS-ə uyğundur. Bunun xaricində, Almaniyada yaşayanlar Global Akademi kitablarını da ala bilərlər. Metropol Yayınlarının kitabları İran və Azərbaycanda da satılmaqdadır. Kitab sifarişi edərkən adı hallanan kurslara zəng edərək kitablar haqqında ətraflı məlumat ala bilərsiniz.

Check Also

Niyə Türkiyədə Təhsil Almalı, Niyə Türk Dilini Öyrənməliyəm?

       Siz də Türkiyədə təhsil alaraq, bir diplomdan daha çoxuna sahib ola bilərsiniz.         Türkiyə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *