trruenaz

ALES imtahanı

ALES imtahanı nədir?

ALES imtahanı (Akademik Personel ve Lisansüstü Eğitim Giriş Sınavı) Nədir?

Akademik Personal və Bakalavr sonrası Təhsil İmtahanıdır.

Türk universitetləri magistr və doktoranturaya xarici tələbə müraciətində, ALES balı tələb edən və etməyənlar olaraq ikiyə ayrılır.

Kimlər ALES-ə qatılır?

1) Ali məktəblərdə “akademik personal” olaraq adlandırılan müəllim, repetitor, araşdırmaçı, tərcüməçi və təhsil planlayıcısı olmaq istəyən şəxslər

2) Türkiyədə magistr və doktorantura oxumaq istəyən türkiyəli və xarici universitet tələbə və məzunlar

3) Türkiyədən xaricə Türkiyə dövləti tərəfindən dəstəkli şəkildə magistr və doktorantura oxumağa getməyi planlaşdıran Türkiyə vətəndaşları

ALES imtahanı ildə iki dəfə noyabr və mart aylarındakı bir bazar günü ÖSYM (Türkiyə Respublikasının TQDK-sı) tərəfindən təşkil olunur. Türkiyədəki universitetlər də eyni şəkildə magistr və doktorantura proqramları üçün ildə iki dəfə tələbə qəbulu təşkil edir.

ÖSYM-nin 2018 ildə təşkil olunacaq ALES imtahanları ilə bağlı elan etdiyi məlumata əsasən, ALES Türkiyə, Lefkoşa (Şimali Kimpr Türk Respublikası) və Bişkek (Qırğızıstan)-də təşkil olunacaq. Bu 3 ölkə xaricindəki ölkələrdə yaşayan və ALES imtahanına qatılmaq istəyənlər Türkiyəyə gələrək imtahanda iştirak etməlidirlər.

ALES imtahanı balı 3 il etibarlıdır. Burada belə bir sual ağla gələ bilər:

-”ALES imtahanında bir neçə dəfə iştirak etmiş olsam, sonuncu iştirak etdiyim imtahan balımla universitetlərə müraciət etmək məcburiyyətindəyəm?”

– Xeyir, elə bir məcburiyyətiniz yoxdur. 3 il etibarlılıq müddətinə daxil olan istədiyiniz ALES balınızsa magistr və doktorantura üçün universitetlərə müraciətinizi reallaşdıra bilərsiniz.

ALES texniki və humanitar olmaq üzrə iki hissədən ibarətdir. 80 riyazi və 80 dil ilə bağlı olmaq üzrə cəmi 160 sualdan ibarət olan bu iki hissə eyni kitapçıqda imtahan iştirakçılarına imtahan başlamazdan həmən əvvəl paylanır. İmtahanın müddəti 180 dəqiqə (3 saat)-dir. 4 səhv 1 düzü aparır.

ALES imtahanı balınız 3 fərqli şəkildə dəyərləndirilir və nəticələr açıqlandığında ÖSYM-nin saytında elan edilir.
Bunlar:

1) Eşit Ağırlık (İqtisadi və İdari Elmlər fakültələrinin bütün və Təhsil fakültələrinin bəzi ixtisaslarının magistr/doktorantura proqramları üçün)

2) Sayısal (Mühəndislik, Memarlıq, Fen kimi riyazi mövzuların çox olduğu fakültələrin ixtisaslarının magistr/doktorantura proqramları üçün)

3) Sözel (Ədəbiyyat, Hüquq, Dil-Tarix-Coğrafiya kimi humanitar mövzuların çox olduğu fakültə ixtisaslarının magistr/doktorantura proqramları üçün)


ALES Balı və Universitetlərin Qəbul Şərtləri

Kriteriyalara görə universitetlərin kafedra heyətləri magistr və doktorantura üçün müraciət edən tələbənin ALES imtahanı balını 50%-dən az olmayacaq şəkildə dəyərləndirməkdə müstəqildir. Yəni,qəbul olmağınız üçün yüksək ALES balınız yetərli olmaya bilər. Bakalavr dərs qiymətləriniz və müsahibə kimi kriteriyalar da həlledici rol oynayır.

Türk universitetlərinin bir qismi ALES imtahanı yerinə GRE və ya GMAT kimi beynəlxalq bakalavr sonrası təhsil imtahanlarının ballarıyla da tələbə qəbul edir.

Türk universitetləri xarici magistr/doktorantura tələbə qəbulunda ALES balı olmalıdır şərtini qoyanlar və ALES imtahan balı istəməyənlər olaraq ikiyə ayrılır. Bundan əlavə, bəzi universitetlər də xarici tələbələrdən ALES balıyla müraciət istəyir, ancaq hər hansı bir bal limiti istəməməkdədir.

Xüsusilə qeyd etmək lazımdır ki, universitetlərin kafedra heyətlərinin qərarına görə ALES balıyla müraciət limiti kriteriyası ildən ilə dəyişiklik göstərir. Misal üçün; keçən il müraciətdə ALES-i məcbur qılan bir universitet bu il məcburi şərt qoymaya bilər. Bu mövzuyla əlaqədar ən yeni məlumatlara təhsil almaq istədiyiniz universitetlərin əlaqədar kafedralarından öyrənə bilərsiniz.

Bakalavr və magistr pillərinə qəbul olmaq üçün digər imtahanlar haqqında bu məqaləmizdən məlumat ala biləsiniz.

ALES imtahanı tarixləri, müraciət şərtləri, imtahan giriş ödənişi və keçmiş illərdə çıxan suallar üçün www.osym.gov.tr səhifəsinə müraciət edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *