trruenaz

Ankarada Həyat

Ankarada Həyat

Ankara Türkiyənin paytaxtı və siyasət mərkəzidir. Hitit Mədəniyyəti öncəsinə qədər uzanan bir tarixə sahibdir. 5 milyonluq əhalisiylə Avropanın ən böyük şəhərlərindən biridir. Türkiyə Respublikası Böyük Millət Məclisi başda olmaq üzrə bütün Nazirliklər və siyasi partiyaların baş qərargahları, Ordu Qərargahı, səfirliklər kimi çox sayda rəsmi qurumu bünyəsində barındırmaqdadır. İqtisadi baxımdan Türkiyənin ikinci böyük şəhər olan Ankarada həyat həm maraqlı həm də digər böyük şəhərlərə nəzərən daha sakitdir. Rəsmi qurumların xaricində bir çox şirkət mərkəzi də Ankarada yerləşir. Türkiyənin ən çox dövlət çalışanına sahib olan  Ankara, 18 universiteti və on minlərcə tələbəsiylə Avropanın əhəmiyyətli şəhərlərindən biridir. Su parkları, milli parklar, xizək mərkəzi, isti su kaplıcaları və mədən suyu yataqlarıyla özəlliklə yerli turistlərin çox gəldiyi yerlərdəndir.

Ankarada gündəlik həyat İstanbula nisbətən daha sakitdir. Böyük və mərkəzi bir şəhərdə yaşayıb sakit bir həyat sürmək istəyənlər üçün olduqca idealdır. Yataqxana və kirayə ev xərcləri İstanbula görə daha ucuzdur. Şəhərdə bol miqdarda muzey vardır. Ankara nəqliyyat sahəsində olduqca inkişaf etmiş bir şəhərdir. Şəhər daxili və şəhərlərarası nəqliyyatın olduqca rahat olduğu şəhərlərdən biridir. Ankaradan Türkiyənin hər şəhərinə avtobusla və havayolu ilə getmək mümkündür. Şəhərdəki, Beynəlxalq havalimanı ilə dünyanın həmən hər ölkəsinə nəqliyyat mövcuddur.  Ankara, şəhərlərarası magistral xəttlərin mərkəzidir və şəhərlərarası sürətli qatarlara sahibdir.

İstanbulda həyat standartları haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Türkiyədə təhsil və yaşamla əlaqədar güncəl xəbərlərdən agah olmaq üçün facebook səhifəmizi bəyənin.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *