trruenaz

Antalyada Həyat

Antalyada Həyat

Antalya Türkiyənin metropol şəhərlərindən biri olub, Aralıq dənizi sahilində qurululmuşdur. Hər il əhalisinin ən az 5 qatı qədər turistə ev sahibliyi etməsiylə sadəcə Türkiyənin deyil, dünyanın turizm mərkəzlərindən biridir. Antalyada həyat olduqca maraqlıdır və gecəsi-gündüzü bir şəhərdir. Tarixi Lidiyalılar zamanına qədər uzanır və əhalisi 2 milyondan çoxdur. Şəhərdə çox sayda tarixi əsər mövcuddur. Antalyada fərqli ölkələrdən təxminən 150 min nəfər yaşamaqdadır. Antalyadakı 5 ulduzlu otel sayı bir çox Avropa ölkəsində yer alan 5 ulduzlu otel sayından çoxdur. Yay aylarında isti, qış aylarında ilıq hava hakimdir.Turizmin xaricində əkinçilik də çox inkişaf etmişdir. Türkiyənin meyvə tərəvəz ehtiyacının əhəmiyyətli bir hissəsi Antalyada yetişdirilməkdədir. Antalya 81 şəhərli Türkiyənin ən böyük 5 şəhəri arasındadır.

Antalya ilik 7 ayı boyunca turist izdihamının yaşandığı bir şəhərdir. Antalyanın bir çox bölgəsində həyat turizm üzərinə qurulmuşdur. İnsanları istiqanlıdır. 19 rayonlu Antalyanın 12 rayonu sahil şeridində olub, dünyanın önəmli plajları bu bölgədədir. Bununla birlikdə şəlalələr, adalar, göllər, antik qalıntılar və istirahət yerləriylə Antalya, insanın özünü yeniləyə biləcəyi bir şəhərdir.

Antalya Türkiyənin cənub-qərbində yerləşir və yayıldığı coğrafiya olduqca genişdir. 400 km-lik sahili vardır. Fizi sktrukturu dağ idman növlırinə olduqca uyğundur. Su və dağ idman növləri xaricində xizək mərkəzi də vardır. May ayında eyni gün həm dənizə girib, həm də xizək idmanı edəcəyiniz bir şəhərdir. Özü kimi dünyanın ən əhəmiyyətli turizm şəhərlərindən biri olan Muğla şəhərinə qonşudur.

Turizmin mərkəzi olmasına baxmayaraq, Antalyada gündəlik həyat olduqca ucuzdur. Relsli sitem və avtobuslarla sərnişin nəqliyyat təşkil olunmaqdadır. Beynəlxalq havalimanı ilə dünyanın bir çox ölkəsinə uçuş təşkil olunur. İstanbula 1 saat 15 dəqiqə uçuş məsafəsindədir.

Antalyada Təhsil

Antalyada 2018 ili etibarı ilə 2 dövlət 3 özəl universitet vardır. Dövlət universiteti olan Akdeniz Universiteti, xüsusilə, tibb sahəsində dünyanın prestijli universitetlərindən biridir. Dünyanın ilk tam üz nəqli, uşaqlıq transplantasiyası, qol və ayaq nəqli əməliyyatları Akdeniz Universiteti Tibb Fakültəsində reallaşdırılmışdır. Universitetlərin tibb və turizm fakültələri ən çox seçilənlər arasındadır.

Eskişehirdə həyat standartları haqqında məqaləmizi buradan klikləyərək oxuya bilərsiniz.

Güncəl xəbərlər üçün Facebook səhifəmizi bəyənməyi unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *