trruenaz

Digər imtahanlar

YÖS və SAT-dan başqa digər imtahanlar

Abituriyentlərin Türkiyədə universitetə qəbul olması üçün SAT, YÖS kimi imtahanlardan əlavə digər imtahanlar da mövcuddur.  Xarici tələbələr/ abituriyentlər ALES, YÖS, SAT kimi imtahanlardan əlavə beynəlxalq və ya öz ölkələrində təşkil olunan tələbə qəbul imtahanlarının nəticələri ilə də Türkiyədə təhsil ala bilərlər.

Prebakalavr – Bakalavr

Prebakalavr və bakalavr ixtisaslarında təhsil almaq istəyən xarici abituriyentlər öz ölkələrində təşkil olunan universitetlərə qəbul imtahanlarından aldıqları balla (məsələn TQDK) Türkiyədəki universitetlərə müraciət edə bilərlər. Tələbə qəbulunda hər universitetin öz kriteriyaları olduğu üçün, təhsil almaq istədiyiniz universitetin hansı imtahan nəticələri ilə tələbə qəbul etdiyinə diqqət yetirməlisiniz.

Magistratura və Doktorantura

Magistratura və ya doktorantura proqramlarında təhsil almaq istəyən xarici tələbələr (və ya məzunlar) ALES imtahanı xaricində  digər imtahanlar vasitəsi ilə də qəbul ola bilər. Əgər humanitar elmlər ilə bağlı magistratura və ya doktorantura təhsili almağı düşünürlərsə GMAT; texniki elmlər ilə bağlı magistratura və ya doktorantura təhsili almağı düşünürlərsə GRE imtahanlarında da iştirak edə bilər.

YÖS imtahanı haqqında ətraflı məlumat üçün buraya klikləyin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *