trruenaz

Eskişehirdə Həyat

Eskişehirdə Həyat

Eskişehir İstanbula 3, Ankaraya 1 saat məsafədə yerləşən və Türkiyənin tələbə şəhəri olaraq anılan, tarixi və turistik bir şəhərdir. Tarixi boyunca Frigya, Bizans, Selçuqlu və Osmanlı İmperiyalarına ev sahibliyi etmişdir. Əhalisinin sayı təxminən 800 mindir. Tələbə şəhəri olaraq anılmasının ən önəmli səbəbi Anadolu Universitetidir. Universitetin, xüsusiylə, qiyabi təhsil proqramlarında demək olar ki, şəhər əhalisinin 2 qatı qədər tələbə təhsil almaqdadır. Osmanqazi Universiteti də təxminən 30 min tələbəsiylə şəhərin “universitet şəhəri” deyə anılmasında əhəmiyyətli bir paya sahibdir. Eskişehirdə həyat bu baxımdan tələbələr üçün ən maraqlı şəhərlərdən biridir.

Eskişehir hər il artan yerli və xarici turist sayı ilə diqqət çəkən bir şəhərdir. Hər il demək olar ki, əhalinin sayı qədər turist gəlməkdədir. Beynəlxalq fəaliyyətlərə ev sahibliyi də edən Eskişehir, Porsuk çayı kənarına qurulmuşdur. Çayda qayıq və qondol turları təşkil olunur və bu halı ilə Venesiyaya bənzəməkdədir. Bununla birlikdə, çoxsaylı tarixi məkana ev sahibliyi etməkdədir. Eskişehir, keyfiyyətli həyat standartlarının yanında gündəlik həyatının ucuzluğu ilə cazibəsini hər keçən il artdırmaqdadır.

İzmirdə həyat haqqında ətraflı məlumat üçün bu məqaləmizi oxuya bilərsiniz.

Güncəl xəbərlər üçün facebook səhifəmizi bəyənməyi unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *