trruenaz

İstanbulda Həyat

İstanbulda Həyat

İstanbul tarix boyu bir çox dövlətə paytaxt olmuş, 3 tərəfi dənizlərlə çevrili bir yarımada üzərinə qurulmuş və zamanla sərhəddləri genişləyərək bu gün 20 milyona yaxın əhalisiylə sənət, siyasət,əyləncə, mədəniyyət və həyatın da mərkəzidir. Əhalisi baxımından dünyanın ən böyük şəhərlərindən olan İstanbula hər il demək olar ki, əhalisi qədər turist gəlməkdədir. İstanbul 24 saat dünyadakı az sayda şəhərdən biridir. Sadəcə bölgənin deyil, dünyanın da cazibə mərkəzlərindən olan İstanbul Asiya və Avropa qitələrini körpüləri, su altı metrosu və gəmi xəttləri ilə bir-birinə bağlamaqdadır. İstanbulda həyat olduqca hərəkətli və maraqlıdır.

İstanbul onlarca universitet və yüz minlərlə tələbəyə ev sahibliyi etməkdədir. Xidmət sektoru, dünyanın başqa heç bir şəhərində görüləməyəcək dərəcədə inkişaf etmişdir. Dünyanın hər ölkəsindən insanın yaşadığı İstanbulda hər düşüncə və tərzə xitab edən fəaliyyət, toplantı, konsertlər də olduqca çox təşkil olunur. Meqa şəhər olmasına baxmayaraq, həyatın Avropa şəhərlərinə nəzərən daha ucuz olması İstanbulun cazibəsini artırmaqdadır.

İstanbul bir xarici abituriyentin təhsil həyatı boyunca gəzib bitirə bilməyəcəyi qədər böyük, yüzlərlə tarixi və turistik sahə barındıran bir şehirdir. İnkişaf etmiş nəqliyyat şəbəkəsi və vasitələrinə sahibdir. Şəhərin hər nöqtəsində sərnişin nəqliyyat vasitələri yayğın bir şəkildə istifadə olunmaqdadır. Bundan əlavə, İstanbulda 2018-ci ildə tamamlanacaq olan və tikintisi davam edən havalimanı ilə birlikdə 3 beynəlxalq havalimanı mövcuddur. İstanbulda Avropa və Asiya qitələrini birləşdirən 3-cü körpü fəaliyyətədir. Dənizin 62 metr altından gedən metro xəttinə sahibdir. İstanbula dünyanın bütün ölkələrindən uçuşlar vardır. Avropa və Asiya qitələrini ayıran Bosfor boğazında, gəmi və qayıq səfərləri ilə də nəqliyyat mümkündür.

İstanbul sürətlə böyüyən və inkişaf edən; olduqca böyük layihələrə sahib bir şəhərdir. Gündəlik həyat standartı olduqca yüksəkdir. Qış mövsümü 0-10 dərəcə, yay mövsümü 25-35 dərəcə arasındadır. Tələbələrin sosiallaşa biləcəkləri yüzlərlə sahə mövcuddur. Adətən bir açıq hava muzeyini andıran İstanbul, modern üzüylə də bənzərsiz bir şəhərdir.

Türkiyədə həyat və mədəniyyətlə bağlı məqaləmizi buradan oxuya bilərsiniz.

Türkiyədə təhsil haqqında güncəl xəbərlərdən mütəmadi olaraq məlumatlı olmaq istəyirsinizsə facebook səhifəmizi bəyənməyi unutmayın!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *