trruenaz
Home / Türkiyədə Həyat / Türkiyə Haqqında / Türkiyədə Həyat və Mədəniyyət

Türkiyədə Həyat və Mədəniyyət

Türkiyədə Həyat və Mədəniyyət

Türkiyədə həyat çoxsaylı fərqli mədəniyyət və ədatlərdən ibarətdir. Həm qərb, həm də şərqin mədəniyyətləri Türkiyədə bir arada yaşanmaqdadır.

Türkiyə coğrafi baxımdan stratejim əhəmiyyətə malikdir. Tarix boyu bir çox mədəniyyət Türkiyə torpaqlarından ya da ətrafında təşəkkül tapmışdır. Bütün bunların xaricində, Türkiyə olduqca modern və inkişaf etmiş bir ölkədir.

Adətlərin və çağdaş düşüncənin bir arada, harmoniyada yaşandığı ən gözəl örnək olan Türkiyə, xarici tələbələrə yeni bir baxış qazandıracaqdır. Bu baxış həm təhsil, həm iş, həm də sosial həyatınızda həyəcanverici bir təcrübə yaşadacaqdır. 80 milyona yaxın əhalisiylə Türkiyə fərqli etnik topluluqların bir arada yaşadığı, hər cür inanc və düşüncə azadlığının rahatca yaşana bildiyi bir ölkədir.

Üç tərəfi dənizlərlə əhatə olunmuş Türkiyədə dörd mövsüm də yaşanmaqdadır. Hətta, cənub qərb bölgələrində dənizə giridiyində, şimal qərb bölgələrndə qış istirahətləri və idmanları edilməkdədir. Türkiyə 7 bölkə və 81 əyalətdan ibarətdir.

Türkiyədə dünyanın hər ölkəsindən tələbə, işçi və yatırımcı mövcuddur.

Din

Türkiyədə yaşayanların böyük əksəriyyəti İslam dininə mənsubdur. Türkiyənin fərqli mədəniyyətləri bir arada cəmləşdirməsi digər dinlərin mənsublarının da bir arada yaşamasını mümkün etməkdədir. Türkiyədə bütün dünya dinlərinə aid ibadətxanalar mövcuddur. Hər kəs inandığı dinin məsuliyyətlərinə yerinə yetirə bilər. Böyük şəhərlərin bir çoxunda kilsə və sinaqoqlar mövcuddur.

Türkiyədə din mövzusunda heç bir məcburiyyət yoxdur. Türkiyənin müsəlman bir ölkə olaraq bilinməsi səbəbi ilə başqa dinlərə qarşı bir qərəzlilik olduğuna dair düşüncə reallığı əks etdirməməkdədir. Türkiyədə təhsil aldığınız müddətcə inandığınız dinin ibadətlərini yerinə yetirə bilərsiniz. Din ilə olan əlaqəniz ya da inancsızlığınız heç kəs tərəfindən hər hansı bir tənqidlə qarşılanmaz.


Mətbəx

Türkiyədə həyat və mədəniyyət deyildiyində, şübhəsiz mətbəx mədəniyyətindən bəhs etmədən olmaz. Osmanlı mədəniyyətinin varisi olan Türk mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir. Türk mətbəxi həm Balkan və Yaxın Şərq mətbəxlərinə təsir etmiş, həm də onlardan təsirlənmişdir. Bundan əlavə, Türk mətbəxi bölgələrə görədə fərqliliklər göstərir. Bu fərqliliklər Türkiyənin coğrafı bölgələrinə görədir. Fərqli iqlim növlərinə sahib Türkiyədə hər çeşid tərəvəz və meyvə yetişdirilməkdədir. Bu dəyişiklikdən ötürü, bölgələrə xas yemək növləri meydana gəlmişdir. Demək olar ki, hər şəhərin özünə xas mətbəxi vardır. Hər tərəvəz minimum beş fərqli yeməkdə istifadə edilir. Türk mətbəxində qəhvəaltı (səhər yeməyi) çox əhəmiyyətli bir yerə sahibdir və çox inkişaf etmişdir. Bununla birlikdə, yemək sonra ikramlar mövzusunda da olduqca zəngin mədəniyyət mövcuddur.

Türk mətbəxində ət yeməkləri (fərqli çeşidlərdə kabablar), şorbalar və tərəvəz yeməkləri əhəmiyyətli rol oynayır. ət yeməklərində türklərin İslam dininə incanlarından ötürü donuz əti istifadə edilmir. Ət yeməkləri adətən qoyun, dana, toyuq və hind toyuğu ətindən ibarətdir. İslamiyyətdə heyvanların kəsilməyi də önəmlidir. Buna görə, İslami şərtlərə uyğun kəsilmiş ətlər satılmaqdadır.

Böyük şəhərlərdə digər ölkə mətbəxlərinin yeməklərini hazırlayan məkanlar tapa bilərsiniz.


Əyləncə

Türkiyədə əyləncə, mədəniyyətin əhəmiyyətli bir parçasıdır. Ölkədə şərqin və qərbin əyləncə növləri bir aradadır. Misal üçün; Ramazan ayında İslam mədəniyyəti və Osmanlı mədəniyyətini təmsil edən əyləncə növlərinə rastlaya biləcəyiniz kimi pop, rock, elektro, hip-hop, klassik, caz, opera ya da digər musiqi janrlarını tapabilərsiniz. Bundan əlavə, demək olar ki, bütün şəhərlərdə gecə həyatı olduqca aktivdir. Klublar, kafe və barlar gecə həyatının önəmli bir parçasıdır. Böyük şəhərlərdə hər gün yerli və ya xarici sənətçilərin konsertlərinə rastlaya bilərsiniz. Bunun xaricində, beynəlxalq festivallar Türkiyənin şərq ilə qərb arasındakı kültür zənginliyinin ən gözəl nümunəsidir.

Bütün şəhərlərdə kino, böyük şəhərlərdə də dövlət teatrları mövcuddur. Dövlət teatrlarından əlavə özəl teatrlar da vardır.

Türkiyənin görkəmli tarixi sayəsində muzeylər sizi heyran edəcəkdir. Türkiyənin bir çox şəhəri açıq hava muzeyi kimidir.

Konsert, teatr və opera kimi fəaliyyətlərə internetdən bilet almak üçün –  www.biletix.com

Dövlət teatrı haqqında ətraflı məlumat üçün – http://www.devtiyatro.gov.tr/

Türkiyədəki muzeylər haqqında ətraflı məlumat üçün-  http://www.muze.gov.tr

 

Tükrkiyədə rəsmi tətillər və bayramlar haqqında məqaləmizi buradan oxuya bilərsiniz.

Güncəl xəbərlər üçün facebook səhifəmizi bəyənməyi unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *