trruenaz
Home / Türkiyədə Həyat / Türkiyə Haqqında / Türkiyədə Rəsmi Tətillər və Bayramlar

Türkiyədə Rəsmi Tətillər və Bayramlar

Türkiyədə Rəsmi Tətillər və Bayramlar

Türkiyədə rəsmi tətillər və bayramlar rəsmi və dini bayramlar olaraq ikiyə ayrılır. Bu günlər rəsmi tətil olaraq elan edilmişdir. Rəsmi tətillərdə, dövlət idarələrinin hamısı ilə özəl qurumların əksəriyyəti çalışmaz. Başqa bir deyişlə, banklar, dövlət idarələri bağlıdı və eyni zamanda,  bayram zamanı xəstəxanalarda növbətçi həkimlər çalışdığı üçün əksər hallardə təcili yardım üçün xidmət verilməkdədir.

Rəsmi tətillər ölkənin önəmli günlərindən ibarətdir. Bu günləri sizə daha ətraflı məlumat vermək üçün sıraladıq.

1 yanvar – Yeni ilin başlanğıcı olaraq sayılır. 1 yanvar rəsmi tətil olaraq elan edilmişdir. Dövlət idarələri və banklar bağlı olduğu kimi, bəzi ticarət mərkəzləri də yeni il səbəbiylə daha qısa vaxt aralığında çalışmaqdadır.

23 aprel – Türkiyənin quruluşundakı ən əhəmiyyətli günlərdən biri olaraq sayılır. 23 aprel 1920-ci il Türkiyə Respublikası Böyük Millət Məclisinin qurulduğu tarixdir. Eyni zamanda, bu gün Uşaq bayramı olaraq da qeyd olunmaqdadır. Bu gündə rəsmi paradlar, ziyafətlər təşkil olunur. 23 aprel günü rəsmi tətildir.

1 may   –  İşçi və Əməkçi Bayramı olaraq qeyd olunur. 1 may günü rəsmi tətildir.

19 may – Türkiyənin müstəqillik mübarizəsinin başlandığı günü olaraq qəbul edilməkdədir. 19 may 1919-cü ildə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsun şəhərinə çıxışıyla başladığı qəbul edilən azadlıq mübarizəsinin günü olaraq qeyd olunur. Bu gün eyni zamanda İdman Bayramı olaraq da qeyd olunur. 19 may günü rəsmi tətildir.

30 avqust  – Türkiyənin işğaldan qalib olaraq çıxdığı gün olaraq qeyd olunmaqdadır. 30 avqust bütün gün tətildir.

29 oktyabr – Türkiyə Respublikasının 29 oktyabr 1923-cü ildə qurulmasından etibarən “Respublika Bayramı” olaraq qeyd olunmaqdadır. Dövlət idarələri 28 oktyabr günortadan sonra rəsmi tətilə girməkdədir. 28 oktyabr günortadan sonra və 29 oktyabr rəsmi tətildir.

Türkiyədə ayrıca iki dini bayram qeyd olunmaqdadır. Bu bayramlar İslamiyyət inancını təmsil etməkdədir. Türkiyə Respublikasının əhalisinin əksəriyyəti müsəlman olduğu üçün dini bayram günləri coşqulu şəkildə qeyd olunmaqdadır və rəsmi tətil olaraq sayılmaqdadır.

Ramazan Bayramı – Müsəlman dünyasının Ramazan ayının sonunda qeyd etdiyi bayramdır. Bu bayram 3 gün davam edir. 3 gün ərzində dövlət idarələri, banklar və təhsil qurumları bağlıdır. Bayramın başlamasından bir gün əvvəl arife günü olaraq qəbul edilməkdədir. Arife günü günortadan sonra rəsmi tətil başlamaqdadır və arife günü xaric 3 gün davam etməkdədir. Ramazan bayramının günləri hər il dəyişməkdədir. Bəsit bir hesabla, bayram öncəki Ramazan bayramından 10 gün əvvələ düşür.

Qurban Bayramı –  Müsəlman dünyasının bir digər bayramı olan Qurban bayramı 4 gün davam edir. Bayram boyunca dövlət idarələri, banklar və təhsil qurumları bağlıdır. Bayramın başlamasından bir gün əvvəl arife olaraq qəbul edilməkdədir. Arife günü günortadan sonra rəsmi tətil başlamaqdadır və 4 gün davam etməkdədir. Qurban bayramının da günləri Ramazan bayramı kimi dəyişməkdədir. Bəsit bir hesab edəcək olsaq, Qurban bayramı Ramazan bayramından 70 gün sonra qeyd olunur.

Siz də bayramlarda səyahət etməyi düşünürsünüzsə bununla bağlı bu məqaləmizi oxumağınızda fayda var.

Güncəl xəbərlər üçün Facebook səhifəmizi bəyənməyi unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *