trruenaz
Home / Türkiyədə Həyat / Türkiyə Təcrübəsi / Türkiyədə Səhiyyə Sistemi

Türkiyədə Səhiyyə Sistemi

Türkiyədə Səhiyyə Sistemi

Türkiyədə səhiyyə sistemi xarici tələbələrin Türkiyədə qaldıqları müddət ərzində faydalana biləcəkləri şəkildə təşkil edilmişdir.

Tələbələr Türkiyədə universitet təhsilini davam etdirdikləri müddətcə öz istəkləri çərçivəsində dövlət və ya özəl tibbi sığortasından faydalana bilməkdədir. Türkiyədə səhiyyə sistemi buna uyğundur.

Türkiyədə səhiyyə sistemi olduqca inkişaf etmişdir. Dövlət və özəl sektora aid tibbi qurumlar mövcuddur.  İlk yardım pulsuz  olub, heç bir tibbi sığortası olmayan da dövlət xəstəxanalarından faydalana bilməkdədir. İlk yardım xaricindəki tibbi müdaxilələrdə xəstənin dövlət sığortası (SGK) olması zəruridir. Əks halda, ödəniş edərək dövlət xəstəxanalarından faydalana bilər.

Özəl xəstəxanalarda isə heç bir  tibbi sığortaya ehtiyac duymadan, bəlli bir ödəniş qarşılığında tibbi xidmət almaq mümkündür.

Türkiyə Səyahətindən Əvvəl

Əgər hər hansı bir tibbi müalicə görürsünüzsə, səyahətinizdən əvvəl ciddi bir xəstəlik keçiribsinizsə və ya əlillik vəziuyyətiniz varsa dərmanlarınızı və türk dilinə tərcümə edilmiş həkim arayışlarınızı yanınızda gətirməyinizi tövsiyə edirik. Bu arayışlar ehtiyac duyduğunuzda yardım ala bilməyinizə şərait yaradacaqdır.

Əgər Türkiyədə yataqxanada qalacaqsınızsa, yataqxanaya qeydiyyat əsnasında sizdən sağlamlıq haqqında tibbi arayış istənə bilər. Bu arayış sizin yoluxucu xəstəlik daşımadığınızı rəsmən göstərməyiniz məqsədi ilə istənilir. Yataqxanaya qeydiyyatdan əvvəl tibbi arayış və formatı haqqında yataqxanadan məlumat almağınızı tövsiyə edirik.

Səyahətiniz sırasında başınıza qəza gəlmək ehtimalına qarşı səyahət sığortası etdirməyiniz məsləhətdir. Bu sığorta aldığınız biletin ödənişində, adətən, əks olunur. Bunun haqqında ətraflı məlumat üçün səyahəti reallaşdıracağınız firmadan ala bilərsiniz.

Təhsil Aldığınız Müddətdə Tibbi Xidmət

Universitetə qeydiyyatdan sonra təhsil aldığınız müddətcə dövlətin tibbi sığorta sistemindən (SGK) faydalana bilərsiniz. Bunun üçün qeydiyyatdan sonrakı bir ay içərisində SGK-ya qeydiyyat etməlisiniz. Bu qeydiyyat proseduru istəyə bağlıdır (yəni sığorta etdirmək məcburiyyətində deyilsiniz) , ancaq sığortadan faydalanmaq istədiyiniz təqdirdə müraciət edə bilərsiniz . SGK-ya qeydiyyat proseduru universitet tərəfindən icra edilir. Sığorta ödənişi aylıq 20 $ ətrafındadır. Ödənişlər adətən rüblük olaraq alınır. Ödəniş olunmadığı təqdirdə cərimə oluna bilərsiniz.

Əgər “Türkiyə Bursları” proqramı ilə Türkiyədə təhsil almağa gəlmisinizsə, SGK üçün ödəniş etməyinizə ehtiyac yoxdur.

Tibbi sığorta  ilə tələbələr ödənişsiz olaraq dövlət xəstəxanalarında müalicə imkanına və dərman alışlarında endirim haqqına sahibdir. Bundan əlavə, özəl xəstəxanaların bir çoxunda müracilə xərcinin sadəcə 20%-ini ödəyər. Dərmanlar hər hansı bir aptekdən həkimin yazdığı resept ilə 20%-ini ödəyərək alına bilər

Türkiyədə apteklər həftə içi səhər 8.30- axşam 19.30 arasında işləməkdədir. Bu iş saatları şəhərə və sezona görə dəyişiklik göstərə bilər. Yazılan saatlar xaricində şəhərdaxili rayonda 24 saat növbətçi apteklər faliyyət göstərməkdədir. Eyni şəkildə, növbətçi apteklər rəsmi tətilərdə də xidmət göstərməkdədir.

Türkiyədə istəyinizə görə özəl sığortalar da etdirə bilərsiniz. Özəl sığortaların paketlərinə  görə ayaqda və yataraq müalicə xidmətləri mövcuddur. Bu sığortaların bəzi paketlərində müalicə xərclərinizin 100%-i sığorta tərəfindən qarşılanmaqdadır.

Faydalı Linklər

Səhiyyə Nazirliyi web saytı – http://www.saglik.gov.tr

SGK web http://www.saglik.gov.tr/http://www.sgk.gov.tr

Anadolu Sigorta – http://www.anadolusigorta.com.tr

Allianz Sigorta – http://www.allianz.com.tr

Güneş Sigorta – http://www.gunessigorta.com.tr/

AXA Sigorta – http://www.axasigorta.com.tr/

Türkiyədə tələbə həyatı haqqında ətraflı məlumatı bu məqaləmizdən əldə edə biləsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *