trruenaz

Türkiyədə Səyahət

Türkiyədə Səyahət

Türkiyədə Səyahət etmək olduqca keyflidir. Xüsusilə, mədəni müxtəliflikləri tanımaq, tarixi və turistik bölgələri gəzmək Türkiyədə Səyahət planlarınızı daha da əyləncəli edəcəkdir. Türkiyənin demək olar ki, hər bölgəsində xarici tələbə ya da turistə rastlamağınız mümkündür. Təkcə İstanbula ildə 10 milyon turist gəlməkdədir.


Avtomobil Kirayəsi

Türkiyədə səyahət edərkən fərqina varacaqsınız ki, magistral yollar olduqca geniş və inkişaf etmişdir. Gedəcəyiniz şəhərə özəl avtomobillə getmək istəyirsinizsə maşın kirayə götürə bilərsiniz. Türkiyədə avtomobil kirayə şirkətlərinin ofislərindən istədiyiniz maşını seçmə haqqına sahibsiniz. Bu tərz şirkətlər bir çox şəhərdə mövcuddur. Avtomobil kirayə götürməyiniz üçün sürücülük vəsiqəniz olmalıdır və bir çox şirkət sizin sürücülük vəsiqənizin ən az 18 aylıq etibarlılıq müddətinin olmasını şərt qoyur.  Bunun səbəbi, maşını təhlükəsiz şəkildə istifadə edəcəyinizdən əmin olmaqdır.

Avtomobil kirayəsi ödənişlərini edərkən adətən kredit kartı istifadə olunur, ancaq bəzi şirkətlər nəğd ilə də ödəmə qəbul edir. Bir günlük avtomobil kirayəsi xərcləri 60 TL ilə 400 TL arasında dəyişiklik göstərir. Bundan əlavə, bir avtomobili daha çox gün üçün kirayə götürdüyünüzdə hər günə görə daha az xərc ödəmiş olursunuz. Xərclərin bu qədər fərqli olmasının səbəbi seçmiş olduğunuz avtomobilin xüsusiyyətlərinə və neçə gün kirayəyə götürdüyünüzə bağlıdır.

Avtomobil kirayə götürmək digər nəqqliyyat növlərindən istifadəyə görə daha bahalı bir yoldur.

Buna baxmayaraq, kirayə avtomobil götürmək istəyirsinizsə aşağıda sizə tövsiyyə etdiyimiz şirkətlərin web-saytlarına baxmanızda fayda vardır.

Budget – http://www.budget.com.tr/

Sixt – http://www.sixt.com.tr/

Hertz – https://www.hertz.com.tr/

Avis – http://www.avis.com.tr/


Avtobus ilə Səyahət

Quru yollarının bir parçası olan avtobus səyahətləri Türkiyədə olduqca yayğındır. Həm yolların standartlara cavab verməsi, həm də avtobusların komforlu olması avtobusla Türkiyədə səyahət etməyə cəzb edir.

Türkiyədəki böyük şəhərlərdən bütün şəhərlərə avtobus səfərləri vardır. Bu qədər çox alternativin olması avtobus səyahətlərinin daha çox seçilməsinin əsas səbəblərindəndir. Avtobusla səyahət edəcəksinizsə, əvvəla internetdən baxaraq, telefonla əlaqə saxlayaraq , ya da avtobus firmalarının ofislərinə baş çəkərək gedəcəyiniz yerə səfər olub olmadığını öyrənməlisiniz. Türkiyədə bölgələr üzrə və bütün ölkə üzrə səfər xidməti verən firmalar mövcuddur.

Avtobus firmalarının çoxu şəhərlərarası avtovağzaldan hərəkət etməkdədir. Biletinizi almazdan əvvəl avtobusun haradan hərəket edəcəyi ilə bağlı məlumat almalısınız. Çünkü böyük şəhərlərdə bir neçə ədəd avtovağzal vardır və sizə yaxın olanını seçməlisiniz.

İstanbul Atatürk Havalimanına gəldiniz və İstanbuldan başqa bir şəhərə gedəcəksinizsə, havalimanın altında yerləşən metro xəttindən istifadə edərək Esenler Şəhərlərarası Avtovağzalına gedə bilərsiniz. Əgər Asiya qitəsində yerləşən İstanbul Sabiha Gökçen Havalimanında gəlib başqa bir şəhərə gedəcəksinizsə, havalimanının çıxışında yerləşən bələdiyyə avtobusları ya da HAVATAŞ firmasının servis avtobusları ilə Harem Şəhərlərarası Avtovağzalına gedə bilərsiniz.

Avtobus biletinizi internetdən ödəniş edərək ala bilərsiniz. İnternetdən bilet satışları daha endirimlidir. Beləliklə, endirimli şəkildə Türkiyədə səyahət etmək imkanını olar və büdcənizdən qənaət etmiş olarsınız. Bu şəkildə, avtobus firmasının ofisindən alacağınız bileti internetdən daha ucuza əldə edə bilərsiniz. Avtobus biletinin xərcləri gedəcəyiniz yolun məsafəsinə görə dəyişməkdədir. Bundan əlavə, yay və qış sezonuna görə bilet qiymətləri fərqlilik göstərir. Adətən bilet qiymətləri 20 TL ilə 100 TL arasındadır.

Aşağıda Türkiyənin öndə gələn avtobus firmalarının linkləri vardır. Biletlərin qiymətləri avtobusların komfortuna görə də dəyişiklik göstərir.

Anadolu Ulaşım – http://www.anadolu.com.tr/

Kamil Koç – http://www.kamilkoc.com.tr/

Metro Turizm – http://www.metroturizm.com.tr/

Pamukkale Turizm – http://www.pamukkale.com.tr

Ulusoy – http://www.ulusoy.com.tr/

Varan – http://www.varan.com.tr/

 

Təyyarə ilə Səyahət

Türkiyədə səyahət təyyarə ilə də olduqca yayğındır. Həm özəl havayolu şirkətlərinin çoxluğu, həm də bilet qiymətlərinin aşağı olması insanların şəhərlərarası səyahətdə havayolunu istifadə etməsində böyük rol oynayır.

Türkiyənin bir çox şəhərində havalimanları mövcuddur. Bəzi kiçik şəhərlərdə olmadığı üçün gedəcəyiniz yerdə havalimanının olub olmadığını dəqiqləşdirməyiniz məsləhətdir. Bunun üçün

Bunun üçün http://www.dhmi.gov.tr/   web-saytına nəzər yetirə bilərsiniz. Əgər gedəcəyiniz şəhərdə havalimanı yoxdursa, ona ən yaxın şəhərə təyyarə ilə gəlib oradan avtobusla hərəkət edə bilərsiniz. Unutmayın ki, əgər bir şəhərdə havalimanı yoxdursa, o şəhərə mütləq ən çox 2-3 saatlıq  məsafədə yerləşən bir başqa şəhərdə havalimanı vardır.

Təyyarə biletinizi səyahətdən nə qədər əvvəl alsanız o qədər daha ucuza əldə etmiş olarsınız. Misal üçün, 15 gün əvvəldən aldığınız təyyarə bileti 80 TL isə, eyni bileti uçuşunuzdən 2-3 gün əvvəl 220 TL-yə satışda görə bilərsiniz. Bu səbəbdən, biletinizi əvvəldən almağınız sizin xeyrinizə olacaqdır.

Bəzi havayolları şirkətləri 18-24 yaş aralığı üçün biletləri gənc kateqoriyasına görə satmaqdadır. Bu kateqoriya daxilində alacağınız biletlər 10%-20% daha ucuzdur.

Bilet alarkən baqaj limitinə diqqət yetirməlisiniz. Bəzi ucuz səfərlərdə baqaj limiti az ola bilər ya da heç olmaya bilər.

Türkiyədə mövcud olan havayolları şirkətlərinin siyahısına aşağıdan baxa bilərsiniz.

Atlasjet Hava Yolları – http://www.atlasjet.com

AnadoluJet Hava Yolları – http://www.anadolujet.com

Bora Jet Hava Yolları – http://www.borajet.com.tr

Pegasus Airlines – http://www.flypgs.com

Türk Hava Yolları – http://www.thy.com.tr

Onur Hava Yolları – http://www.onurair.com.tr

Sun Express Hava Yolları – http://www.sunexpress.com


Qatar ilə Səyahət

Türkiyədə səyahət dəmir yolları ilə də yayğındır, ancaq səyahət edə biləcəyiniz yerlər çox deyildir.

Teknologiya sahəsində olan inkişaf nəticəsində, Türkiyədə ekspress dəmir yolu inşaatı davam etməkdədir. Hal-hazırda Eskişehir- Ankara və Ankara-Konya arasında 250 km/saat sürətlə gedən qatarlar mövcuddur. Bundan əlavə, İstanbul-Eskişehir xəttinin də inşaatı davam etməkdədir.

Qatar ilə səyahət digərlərinə görə çox daha ucuzdur. Ayrıca, tez tez səyahət edən birisinizsə aylıq abunəlik alaraq da səyahət edə bilərsiniz. Aylıq abunə xərcinə TCDD saytından baxa bilərsiniz və eyni zamanda, saytdan bilet satın ala bilərsiniz.

TCDD – http://www.tcdd.gov.tr/


Gəmi ilə Səyahət

Türkiyədə səyahət rotanız Marmara bölgəsi içərisindədirsə gəmi ilə səyahət mövzusunda məlumatlı olmağınız sizin üçün əhəmiyyət kəsb edir.

Gəmi səyahəti yüksək sürətlə gedən gəmilərlə təşkil edilməkdədir. İstanbul mərkəzli olan bu səyahəti, avtobus və qatardan daha tez bir vaxt ərzində gedəcəyiniz yerə çatmağınıza imkan yaradır. Xüsusilə, Bursa, Bandırma və ya İzmirə gedirsinizsə gəmi ilə səyahət etmək vaxt baxımından sizin üçün daha sərfəli olacaqdır.

İDO – http://www.ido.com.tr/

BUDO- https://budo.burulas.com.tr/default.aspx

Türkiyəyə gəlməzdən öncə etməli olduqlarınızla əlaqədar məqaləmizi buradan oxuya bilərsiniz.

Güncəl xəbərlər üçün Facebook səhifəmizi bəyənməyi unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *