trruenaz
Home / Türkiyədə Həyat / Türkiyə Səyahətindən Əvvəl / Türkiyədə Yataqxana İmkanları

Türkiyədə Yataqxana İmkanları

Türkiyədə Yataqxana İmkanları

Türkiyədə təhsil alacaq xarici tələbələrin ən çox sıxıntı yaşadığı mövzulardan biri də qalacaq yer mövzusudur.

Bu problemi biraz da olsun azaltmaq üçün ‘Türkiyədə Yataqxana imkanları” adlı bu məqaləni yazaraq sizləri məlumatlandırmaq istədik.

Türkiyədə Yataqxanalar

Türkiyədə yataqxanalar özəl və dövlət yataqxanaları olmaq üzrə 2 kateqoriyada araşdırıla bilər.

Dövlət Yataqxanaları

Dövlət yataqxanalarının ən əhəmiyyətli xüsusiyyəti ödəniş baxımından olduqca uyğun olmasıdır. Dövlət yataqxanasında qalmaq istəyən xarici tələbə KYK, yəni Türkiyə Respublikası Kredi ve Yurtlar Kurumu (Yataqxanalar Qurumunun) internet saytı üzərindən müraciət etməlidir. Müraciətlər KYK-nın açıqladığı müddətdə edilir. Müraciət müddətləri üçün qurumun saytına nəzər yetirməlisiniz. Türkiyədə yerləşən dövlət yataqxanalarının xüsusiyyətləri dəyişiklik göstərməkdədir. Dövlət yataqxanalarının otaq tipləri adətən 2 ilə 16 nəfərlik arasında dəyişiir. 2-4 nəfərlik otaq tiplərinə sahib olan yataqxanaların aylıq ödənişləri standart yataqxanalara görə daha yüksəkdir.

Dövlət yataqxanalarının otaq tipləri də yataqxanadan yataqxanaya fərqlilik göstərməkdədir. Otaqlarda standart olaraq yataq və ya ranza tipi yataq, tələbələrin əşyalarını qoyabiləcəyi qardirob olur. 2013-2014 tədris ilindən etibarən Türkiyədəki bütün dövlət yataqxanalarında pulsuz fiber internet xidməti başlamışdır. Bundan əlavə, eyni il etibarı ilə bütün otaqlara soyuducu qoyulmağa başlanmışdır.

Dövlət yataqxanalarında duşakabin və tualetlər adətən hər mərtəbədə ortaq istifadə üçün qurulubdur. Ancaq bəzi yarı özəl statusda olan yataqxanalarda hər otaqda da tualet və duşakabin mövcuddur.

Dövlət yataqxanalarının 2018-ci il üçün aylıq ödənişi 150 Türk Lirəsi olaraq təyin olunmuşdur. Standartı yüksək, özəl statusda olan dövlət yataqxanalarının isə aylıq ödənişi 180-300 TL arasındadır. 2018-ci ildə dövlət yataqxanalarındakı günlük yemək talonu paylaşımı bu şəkildədir; səhər yeməyi 3 TL, axşam yeməyi 6.50 TL olmaq üzrə 9.50 TL-dir

Türkiye Bursları proqramı vasitəsiylə Türkiyədə təhsil alacaq tələbələrin isə dövlət yataqxanalarında qalmaları üçün ayrı yer ayrılmışdır və müraciət etmələrinə ehtiyac yoxdur.

Özəl Yataqxanalar

Dövlət yataqxanalarının həm yerlərinin limitli olmasından ötürü bir çox tələbənin dövlət yataqxanalarından faydalana bilməmələrindən, həm də standartları daha yüksək bir yerdə qalmaq istəyindən ötrü xarici tələbələr özəl yataqxanaları araşdıra bilərlər. Türkiydə yataqxana imkanları daha geniş yataqxanalar adətən özəl yataqxanalardır. Özəl yataqxanaların qiymətləri dövlət yataqxanalarına görə daha yüksək olub, şərtləri də ona görə dəyişməkdədir.

Özəl yataqxanaların otaq tipləri də olduqca dəyişkəndir. 1 nəfərlik otaq tapacağınız kimi 6, hətta 8 nəfərliq otaqlar da vardır. Qiymətlər də buna görə dəyişiklik göstərməkdədir.

Türkiyədəki özəl yataqxanaların qiymətləri şəhərdən şəhərə və yataqxanadan yataqxanaya dəyişməkdədir. 700 TL ilə 2500 TL aylıq arasında dəyişməkdədir. Bu ödənişlərin içərisində çox hallarda yemək daxil deyildir. Özəl yataqxanalardakı qiymətlərin otaq tipinə görə də dəyişiklik göstərdiyini unutmamaq lazımdır.

Özəl yataqxanada qalacaq olan tələbələrin yataqxana haqqında aşağıdakı nöqtələrə diqqət yetirmələri vacibdir.

  • Ödənişlərin aylıq yoxsa başdan bütün il üçün ediləcəyini qalacaqları yataqxanadan soruşmalıdırlar. Xüsusilə, Anadoludakı bəzi şəhərlərdə xarici tələbələrdən özəl yataqxanalar ödənişləri aylıq olaraq deyil, illik olaraq istəyirlər.
  • Yataqxana ilə müqavilə imzalarkən müqavilənin şərtlərini diqqətlə araşdırmağınızı tövsiyə edirik. Müqavilə çərçivəsində, müqaviləni imzaladığınız gündən 1 il boyunca o yataqxanada qalacağınızı vəd etdiyinizi unutmayın.

Türkiyədə Səhiyyə Sistemi ilə əlaqədar məqaləmizi buradan oxuya bilərsiniz.

Türkiyədə təhsil haqqında güncəl xəbərlərdən məlumatlı olmaq üçün facebook səhifəmizi bəyənməyi unutmayın!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *