trruenaz
Home / Türkiyədə Həyat / Türkiyə Təcrübəsi / Türkiyədən ailənizlə əlaqə yaratmaq

Türkiyədən ailənizlə əlaqə yaratmaq

Türkiye'de GSM İnternet ve Kargo Hizmetleri

Türkiyədən ailənizlə əlaqə yaratmaq çox rahatdır.

Türkiyədən ailənizlə əlaqə yaratmaq olduqca asandır. Türkiyədə əlaqə vasitələri olduqca aktiv bir şəkildə istifadə olunmaqdadır. Mobil telefon, ev telefonu, internet, poçt və karqo xidmətləri olduqca yüksək standartlardadır. Türkiyədə mobil telefon sinqalları  ərazisinin 99%-nu əhatə etməkdədir. Bu əlaqə yollarından birini seçərkən ən önəmli məqamlardan biri də sizin büdcənizə ən uyğun olanını seçmənizdir.

Telekommunikasiya

Türkiyəyə xaricdən zəng edərkən +90 ölkə kodundan sonra şəhər ya da mobil telefon kodunu çevirməlisiniz. Misal üçün, İstanbula zəng edərkən +90 212….. şəklində zəng etməniz zəruridir. 212 İstanbulun Avropa qitəsi kodudur. Ev ya da idarə telefonuna zəng etdiyinizdə Türkiyənin telefon kodundan sonra şəhər kodunu çevirməlisiniz.

Türkiyə içərisində şəhərlərarası zəng etmək üçün 0-dan sonra şəhərin ya da mobil operatorun kodunu çevirməlisiniz.

Şəhərlərin kodları – http://www.ttrehber.turktelekom.com.tr/trk-web/alankodlari.html

İnternetdən ailənizin ev ya da mobil telefonlarına zəng edə bilərsiniz. Bunun üçün, kompüterinizdən Skype, Viber və ya Whatsapp kimi proqramlar istifadə etməlisiniz. Bu yolla edilən zənglər çox ucuz ya da pulsuz (qarşı tərəf də internetə bağlanıbsa) olacaqdır.

Skype haqqında ətraflı məlumat üçün –http://www.skype.com/

Viber haqqında ətraflı məlumat üçün-  http://www.viber.com/

Whatsapp haqqında ətraflı məlumat üçün –  http://www.whatsapp.com/


Təcili Nömrələrə Zəng

Təcili telefon nömrələrinə ediləcək zənglər ev və ya mobil telefonunuzdan ödənişsizdir. Bu zəngləri etməyiniz üçün aşağıda verdiyimiz telefon nömrələrini bilməniz yetərlidir.

Yanğınsöndürmə xidməti – 110

Təcili Tibbi Yardım -112

Polis – 155


Mobil Telefonlardan İstifadə

Türkiyədə 3 fərqli mobil operator mövcuddur. Bu operatorlar bütün ölkə üzrə xidmət verməkdədir. Eyni zamanda, bu operatorlar mobil internet xidməti də verməkdədir. Özlərinə aid 4.5 G bağlantısı olan bu operatorlar 1000 mbps sürətinə qədər internet bağlantısına sahibdir.

Xaricdən almış olduğunuz mobil telefonunuzun Türkiyədə işləməsi üçün ölkəyə daxil olduqdan sonra qeydiyyatdan keçirməlisiniz. Qeydiyyatı Türkiyədə telefonu istifadə etməyə başladıqdan 90 gün içərisində etdirməlisiniz. Əks təqdirdə telefonunuz Türkiyədə istifadəyə bağlanacaqdır.  Bunun üçün passportunuzla birlikdə öncə verdi idarəsinə rəsmi rüsum yatırdıqdan sonra GSM operatorlarının mərkəzi şöbələrindən birində mobil telefonunuzu qeydiyyatdan keçirməlisiniz.

Əgər Türkiyədə telefonunuzu türk operatorların sim kartı ilə istifadə etməyəcəksinizsə qeydiyyatdan keçmənizə ehtiyac yoxdur.

Mobil operatorlar:

Türk Telekom (Avea) – www.turktelekom.com.tr

Turkcell – www.turkcell.com.tr

Vodafone – www.vodafone.com.tr

 

İnternet İstifadəsi

Türkiyədə internet istifadəsi olduqca yayğındır. Universitetinizdə, yataqxananızda ya da evinizdə internetə qoşula bilərsiniz. Universitetlərin wifi bağlantısı mövcuddur. Universitetinizdən giriş şifrənizi ala bilərsiniz. Bunun üçün universitetinizin internet saytından ətraflı məlumat almağınızı tövsiyə edirik.

GSM operatorlarının da mobil internet paketlərini istifadə edə bilərsiniz. Türkiyədəki bütün operatorların 4.5G sürətli internet bağlantısı mövcuddur. Mobil internet paketi satın alaraq internet istifadə edə bilərsiniz. 4.5G bağlantısı hər yerdə dəstəklənməməkdədir. Buna görə, interneti istifadə edəcəyiniz bölkədə 4.5G bağlantısının olub olmadığını öyrənməniz lazımdır.

Türkiyədəki demək olar bütün kafe və sosial yerlərdə wifi  mövcuddur.

Evinizdə internet istifadə edəcəksinizsə bir neçə alternatifiniz olacaqdır. Bunlar ADSL, Kablone və Fiberoptik internetdir. ADSL xidməti TTNET şirkəti tərəfindən təmin edilməkdədir. TTNET, Türkiyənin hər yerində bu xidməti verməkdədir. Gördüyünüz kimi, internet vasitəsi ilə Türkiyədən ailənizlə əlaqə yaratmaq olduqca asan və alçatandır.

ADSL  haqqında ətraflı məlumat üçün – https://www.ttnet.com.tr/

Türksat KabloNet haqqında ətraflı məlumat üçün – http://www.turksatkablo.com.tr/

Fiber Optik İnternet  haqqında ətraflı məlumat üçün – http://superonline.net/


Poçt və Kargo Xidmətləri

Türkiyədə poçt və kargo xidmətləri dövlət və özəl firmalar tərəfindən təşkil edilməkdədir. Bütün şəhər və rayonlarında həm dövlətin, həm də özəl firmaların şöbələri mövcuddur. Anadolunun bəzi şəhərlərinin rayonlarında şöbələrin hamısı olmaya bilər, bu vəziyyətdə, dövlət qurumlarının xidməti köməyinizə çatacaqdır.

Eyni zamanda bir çox firmanın saytından, onlar vasitəsilə göndərdiyiniz əşyaların harada olduğunu internetdən izləmək şansınız mövcuddur və qarşı tərəfə çatdırıldığında da sizə mesaj və e-mail ilə məlumatlandırma gəlir. Bu xidmətdən istifadə etmək üçün yük göndərdiyinizdə e-mail ünvanınızı da bildirməlisiniz.

Xaricə göndərəcəyiniz yüklərdə dövlətin poçt xidmətlərini istifadə etməyiniz büdcəniz baxımından uyğun olsa da, özəl firmalar vasitəsi ilə daha tez bir zamanda qarşı tərəfə çatdırıldığını unutmamaq lazımdır.
Aşağıdakı siyahıda Türkiyədə poçt və kargo xidmətləri üçün ən çox istifadə olunan firmalara nəzər yetirə bilərsiniz:

PTT (Dövlət Poçt Xidmətləri) – http://www.ptt.gov.tr

Aras Kargo – http://www.araskargo.com.tr

MNG Kargo – http://www.mngkargo.com.tr/

Yurtiçi Kargo – http://www.yurticikargo.com/

UPS Kargo –  http://www.ups.com.tr/

 

Türkiyədəki yataqxana sistemi ilə əlaqədar ətraflı məlumat üçün buraya klikləyə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *