trruenaz
Home / Türkiyədə Həyat / Türkiyə Səyahətindən Əvvəl / Türkiyəyə gəlməzdən əvvəl

Türkiyəyə gəlməzdən əvvəl

Türkiyəyə gəlməzdən əvvəl

Türkiyəyə gəlməzdən əvvəl Türkiyə və səyahətiniz haqqında unutmamalı və diqqət etməli olduğunuz xüsuslar üçün qısa bir siyahı hazırladıq.

Təyyarə / Avtobus Biletinizi Aldınızmı?

Türkiyəyə gəlməzdən əvvəl biletinizi alarkən üstündəki tarixə baxmağı unutmayın. Bilet aldığınız zaman hər hansı bir xəta, bileti səhv bir tarixdə almaqla nəticələnə bilər. Belə bir problem yaşamamaq üçün diqqətli olmağınızda fayda vardır.

Əgər təyyarə ya da avtobusla Türkiyəyə gəldikdən sonra başqa terminaldan başqa bir şəhərə gedəcəksinizsə, gedəcəyiniz şəhər ilə əlaqədar məlumatlı olun. Bundan əlavə, şəhərlərarası səyahət üçün avtobus ya da təyyarə biletinizi əvvəlcədən almağınız sizin üçün əhəmiyyət kəsb edir. Bu nöqtədə, nəqliyyat vasitəsinin haradan hərəkət etdiyi haqqında da məlumatlı olmağınız zəruridir.

Təyyarə ilə səyahət edəcəksinizsə baqaj limitinizə nəzər yetirin.  Ələxsus, əl baqajlarınızda maye, dəlici və kəsici alətlərin daşınmasının qadağan olduğunu unutmayın. Əl baqajınızı bu təlimatlara uyğun, bu təlimatları keçməyəcək şəkildə hazırlamağınızı tövsiyyə edirik.

İstanbul mərkəzli səyahətlərinizdə bizdən transfer və konsultasiya xidməti ala bilərsiniz. Bu xidməti almaq üçün əlaqə formumuzu doldurmağınız yetərli olacaqdır.

Attestatınızın Dənkliyini Aldınızmı?

Türkiyəyə gəlməzdən əvvəl ən çox diqqət etməli olduğunz sənədlərdən biri denklik belgesidir. Universitetə tələbə olaraq qeydiyyatdan keçərkən attestatınızın dənkliyini təqdim etməlisiniz. Bu dənkliyin məqsədi ölkənizdəki orta ümumtəhsil məktəbində tamamladığınız təhsil ilə Türkiyədə yerləşən məktəblərin təhsilinin birbirinə ekvalent olduğunun isbatlanmasıdır. Attestatınızın dənkliyini almaq üçün attestatınızın əsli ilə ölkənizdəki Türkiyə Respublikasının Təhsil Müşavirliklərinə ya da Ataşeliklərinə müraciət edə bilərsiniz.

Əgər Türkiyədə yaşayırsınızsa, dənklik üçün Şəhər Milli Təhsil Müdürlüklərindən (İl Milli Eğitim Müdürlüğü) də eyni prosedurlarla müraciət edə bilərsiniz.

Əgər Türkiyədəki bir məktəbdən məzun olmusunuzsa, hər hansı bir dənklik almağınıza ehtiyac yoxdur.

Qeydiyyat Üçün Sənədlərinizi Hazırladınızmı?

Universitetə qəbul edildikdən sonra qeydiyyat sırasında bəzi sənədləri universitetə verməlisiniz. Aşağıda lazımi sənədlərin nümunəvi siyahısını görə bilərsiniz. Ancaq, bunun bir nümunəvi bir siyahı olduğunu unutmayın və qəbul olduğunuz universitetin qəbul məktubunda yazan şərtləri ya da saytında yazan şərtləri diqqətli şəkildə oxuyaraq o universitetin tələb etdiyi bütün sənədləri Türkiyəyə gəlməzdən əvvəl diqqətlə hazırlayın.

– Orta ümumtəhsil məktəbi attestatınızın əsli və ölkənizdə Türkiyə Respublikası Səfirliyi ya da Konsulluğundan təsdiqli surəti

– Attestatınızın Türk məktəblərində alınan attestatlara ekvalent olduğunu göstərən dənklik sənədi

– Oxuduğunuz son 3 il ərzində dərslərdən aldığınız qiymətləri və onların ədədi ortasını göstərən transktriptinizin əsli və türk dilində notarial qaydada tərcüməsi-təsdiqi

– İmtahan nəticənizi göstərən sənədin əsli və notarial qaydada tərcüməsi-təsdiqi

– Universitetin təhsil ödənişinin yatırıldığını göstərən bank dekontu

– Türk dili Yetərlilik Sənədinin notarial qaydada tərcüməsi-təsdiqi

– 12 ədəd 4*6  biometrik fotoşəkil

Yataqxananızı / Qalacağınız Yeri Dəqiqləşdirdinizmi?

Türkiyəyə gəlməzdən əvvəl təhsil aldığınız müddət boyunca qalacağınız yeri və bunun üçün büdcənizi əvvəlcədən dəqiqləşdirməyiniz, Türkiyədə qarşılaşacağınız problemləri ortadan qaldıracaqdır. Türkiyədə qalacağınız şəhərə görə xərcləriniz fərqlilik göstərə bilər. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə qalmağa xərcləyəcəyiniz büdcə çox ikən, Anadolu şəhərlərində daha azdır.

Türkiyədə xarici tələbələr dövlət yataqxanalarında ya da özəl yataqxanalarda qala bilərlər. Dövlət yataqxanaları Türkiyədə Kredi və Yataqxanalar Qurumuna bağlıdır (KYK). Dövlət yataqxanalarında qalmaq istəyən xarici tələbələr KYK-nın saytından ətraflı məlumat ala bilər. Özəl yataqxanalara isə saytımızdan baxa bilər və ön qeydiyyatınızı edə bilərsiniz. Bu şəkildə, Türkiyəyə gəlməzdən əvvəl qalınacaq yer problemini həll edə bilərsiniz.

Dövlət yataqxanalarında qalmaq istəyən xarici tələbələr aylıq 111-198 TL arasında bir ödəniş etməlidirlər. Bu ödənişə 6.70 TL-lik günlük yemək talonu və qalmaq daxildir. Türkiyədə ən ucuz yataqxana dövlət yataqxanalarıdır. Adətən, yataqxana otaqları xüsusiyyətlərinə görə dəyişməklə birlikdə, 2 ilə 16 nəfərlik arasında dəyişməkdədir. Dövlət yataqxanalarının ödənişləri aylıq olub, qeydiyyat əsnasında aylıq ödənişin yanında depozit ödənişi etməyiniz də istənəcəkdir.

Özəl yataqxanalarin ödənişləri isə 600 – 2500 TL  arasındadır. Otaqlar, adətən 1-4 nəfərlikdir. Bu ödənişə bəzi yataqxanalarda yemək daxildir bəzilərində isə daxil deyildir. Türkiyədə özəl yataqxanalar da xüsusiyyətləri və təşkil etdikləri imkanlara görə fərqlilik göstərir. Özəl yataqxanalarda qalacaq tələblər adətətən illik müqavilə çərçivəsində yataqxanada qalırlar. Ancaq bəzi yataqxanalar 2 semestrin ödənişi başdan alırlar.

Əgər ev kirayəyə götürüb evdə qalmaq istəyirsinizsə, ev kirayələrinin də şəhərə və səmtə görə dəyişiklik göstərdiyini unutmayın. Böyük şəhərlərdə ev kirayə xərcləri səmtə və evin komfortuna görə 500 – 2500 TL /ay olaraq dəyişməkdədir. Bu xidmətləri almaq üçün ayrıca bir ödəniş edəcəyinizi də unutmayın. Bundan əlavə, əgər 18 yaşında deyilsinizsə kirayə müqaviləsini imzalamaq hüququnuz olmayacaqdır.

Dövlət yataqxanaları haqqında ətraflı məlumat almaq üçün – http://www.kyk.gov.tr/

Türkiyədə yataqxana imkanları haqqında məqaləmizlə buradan tanış ola bilərsiniz.

Xərcləriniz Üçün Büdcə Ayırdınızmı?

Səyahət xərcləriniz, qalacağınız yer xərcləriniz və təhsil xərclərinizi lazımi qurumlardan dəqiq öyrənməlisiniz. Bunun xaricində, Türkiyəyə gəldiyinizdə yanınızda nəğd pulunuzun olmasını tövsiyyə edirik. Olabiləcək sıxıntıları bu şəkildə həll etmək imkanınız olacaqdır.Havalimanından, avtovağzaldan yataqxananıza ya da universitetinizə getmək üçün də büdcə ayırmağı unutmayın.

Türkiyədə təhsil ilə ələaqədar güncəl xəbərlər üçün Facebook səhifəmizi bəyənməyi unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *